Göldə uşağı xilas edən polis həlak oldu
22-07-2023, 10:43
16 694

Göldə uşağı xilas edən polis həlak oldu

Naxçıvan MR Babək rayonu Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışan polis əməkdaşı boğularaq həyatını itirib.
DİN xəbər  verir ki, xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vusal Əbülfəz oglu suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib.
Daha sonra uşağın anası - 1984-cü il təvəllüdlü Aslanlı Səadət Elman qızını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüblər.
Məlumatı Naxçıvan MR DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.

Oxşar xəbərlər