Bələdiyyənin sabiq sədrinə cinayət işi açılıb
31-03-2020, 18:27
217

Bələdiyyənin sabiq sədrinə cinayət işi açılıb

Gədəbəy bələdiyyəsinin sabiq sədrinə cinayət işi açılıb.
BAKITV.AZ xəbər verir ki, bu, Milli Məclisə təqdim edilən "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə"də (2019-cu il üzrə) əksini tapıb.
Məruzədə qeyd edilib ki, Gədəbəy bələdiyyəsinin sabiq sədri tərəfindən təkbaşına qərarlar qəbul edilməsi, ikili protokollaşdırma aparılmaqla torpaq sahəsinin qanunsuz dövriyyədən çıxarılması  və təmir-tikinti işlərinin görülməsi Adı altında 35 min 567 matın büdcədən silinməsi faktları üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 308.2 və 311.3-cü maddələri ilə cinayət işi başlanıb

Oxşar xəbərlər