2 gün əvvəl dənizdə batan şəxsin meyiti tapılıb
26-07-2023, 18:24
7 953

2 gün əvvəl dənizdə batan şəxsin meyiti tapılıb

İyulun 24-də Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.
FHN-dən verilən məlumata görə, batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər