Həbsdəki qohumuna narkotik gətirdi
27-07-2023, 15:30
9 737

Həbsdəki qohumuna narkotik gətirdi

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3; 93.1.2-ci maddələri ilə məhkum edilən Asif Səfərqulu oğlu Məmmədova əmisi oğlu Azər Ağamməd oğlu Məmmədovun gətirdiyi sovqatda tənzifə hopdurularaq tərlikdə gizlədilmiş 1,931 qram heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər