Hadisə
31-07-2023, 18:21
6 645
Balakəndə iki maşın toqquşub, yaralılar var
Balakəndə yol qəzası baş verib, xəsarət alanlar var.
Hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, yük maşını ilə minik avtomobili toqquşub. Qəza zamanı avtomobildə olan üç nəfər xəsarət alıb. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin ambulansı ilə xəstəxanaya aparılıblar. Hazırda onların müayinəsi aparılır, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.