Şəmkirdə iki avtomobil toqquşdu - Ölənlər var
2-08-2023, 10:40
862

Şəmkirdə iki avtomobil toqquşdu - Ölənlər var

Şəmkirdə iki avtomobil toqquşub, ölənlər var.

Yol-nəqliyyat hadisəsi Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində iki nəfər dünyasını dəyişib.

Avtomobillərdən birində olanlar, Tovuz rayon sakinləri, 1961-ci il təvəllüdlü Bədirov Fəxrəddin Rəşid oğlu və onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Bədirova Cəmilə Mirzə qızıdır. Onlardan qadının həyatını xilas etmək mümkün olmayıb. "Mercedes" markalı avtomobilin sürücüsü isə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər