Qaxda dağda itkin düşən kişinin meyiti TAPILDI
2-08-2023, 22:31
7 225

Qaxda dağda itkin düşən kişinin meyiti TAPILDI

Qaxda çobanın yaylağa aparan zaman itkin düşən kişinin meyiti tapılıb. 
11 gün əvvəl Qax rayonu Sarıbvaş kənd inzibati ərazisinin yaxınlığında yüksək və çətin relyefli Alagöz dağının yaylağında itkin düşən  rayonun İsisu kənd sakini 30 yaşlı Rəhman Sədrəddin oğlu Kamallının meyiti axşam saatlarına yaxın İlisudan Sarıbaş kəndinə gedən yolun üstündə, Dağküsən dağı ərazisində tapılıb. R. Kamallının meyitini  düşürmək üçün əraziyə İlisu kənd sakinləıri, mərhumun yaxınları və müvafiq qrum nümayəndələri gedib. 
Qeyd edək ki, R. Kamallı iyulun 23-ü günorta saatlarında rayonun Sarıbaş kənd sakini olan Ramazan adlı çobanla Alagöz dağındakı yaylağa gedərkən itkin düşüb. İyulun 24-dən onun axtarışlarına Fövqaladə Hallar Nazirliyinin (FHN) Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri, DİN-nin Qax rayon Polis Şöbəsinin əməkdaşları və ərazini yaxşı bilən İlisu, Ağçay və Sarıbaş kənd sakinləri qoşulmuşdu.

Oxşar xəbərlər