"Hyundai" elektrovozla toqquşdu - Ölən və yaralanan var
3-08-2023, 09:50
1 571

"Hyundai" elektrovozla toqquşdu - Ölən və yaralanan var

2 avqust saat 23:20 radələrində ADY-na məxsus elektrovoz Qala-Binə mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-FV-520 olan "Hyundai Elantra" markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edib.
Bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.
Qeyd olunub ki, maşinist tərəfindən təcili tormozlanma aparılsa da tormoz məsafəsi az olduğundan toqquşma qaçılmaz olub.
Hadisə nəticəsində xəsarət almış sürücü və 1 sərnişin təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılarkən sürücü yolda dünyasını dəyişib.

Oxşar xəbərlər