Ucar sakini Bakıda 8 evdən oğurluq etdi
4-08-2023, 13:10
1 223

Ucar sakini Bakıda 8 evdən oğurluq etdi

Bakıda evlərdən oğurluq edən Ucar sakini saxlanılıb.
DİN-dən verilən məlumata görə,  Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 2-də rayon ərazisindəki evlərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən Ucar rayon sakinləri, əvvəllər məhkum olunmuşlar – Vüqar İslamov və Qulu Lətifov saxlanılıblar.
Araşdırmalarla onların müxtəlif vaxtlarda rayon ərazisindəki daha 8 evdən pul, bank kartı və 9 ədəd mobil telefon oğurlamaları da müəyyən olunub.

Oxşar xəbərlər