Ana məhbus oğluna psixotrop maddə keçirmək istədi
4-08-2023, 18:47
6 668

Ana məhbus oğluna psixotrop maddə keçirmək istədi

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.
Bu barədə Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 180.2.1; 180.2.2 və 178.3.2-ci maddələri ilə məhkum edilmiş Emil Ceyhun oğlu Şirinovla görüşə gəlmiş anası Səbinə Tofiq qızı Şirinovanın baxış keçirilən zaman üzərində 0,029 qram metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər