Hadisə
5-08-2023, 13:05
16 458
Oğurladığı kartla alış-veriş etdi
Gəncədə oğurladığı kartla alış-veriş edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 3-də Gəncə şəhərində “Mercedes” markalı bir avtomobildən bank kartının oğurlanması və alış-veriş etməklə həmin kartla 99 manat dəyərində ödəniş edilməsi barədə polisə məlumat daxil olub.
Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Elcan Nəcəfov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.