Qarabağ qazisi göldə boğuldu
8-08-2023, 14:35
1 539

Qarabağ qazisi göldə boğuldu

Qarabağ qazisi göldə boğulub. 
Sosial şəbəkələr xəbər verir ki, hadisə Rusiyanın paytaxtı Moskva şəhərində qeydə alınıb. 
İkinci Qarabağ müharibəsi qazisi Elgün Xəyal oğlu  Xəlilov avqustun 6-da göldə çimərkən boğularaq ölüb. 
Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində tədbirlər görülür. 
Qeyd edək ki, E.Xəlilov Lənkəranın Xolımlı kəndindəndir. 

Oxşar xəbərlər