Bakıda nisyə pivə verilməyən şəxs dava saldı - Həbs olundu
9-08-2023, 14:40
1 571

Bakıda nisyə pivə verilməyən şəxs dava saldı - Həbs olundu

Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 ünvanında yerləşən "Babək-44” adlı kafedə ictimai qaydanı pozan içkili şəxs həbs edilib.

Pərviz Hüseynov (soyad şərti) adlı şəxs kafedə pivə sifariş verib, içdikdən sonra pulunu ödəmədən çıxıb gedib. 

Avqustun 6-da axşam saatlarında Pərviz sərxoş halda yenidən kafeyə gedib. Sifariş verən zaman Ləman (şərti) adlı ofisant ona nisyə pivə verməyəcəyini deyib. Bu zaman Pərviz xanım ofisantın ünvanına nalayiq ifadələr səsləndirərək, masanın üzərində olan pivə bakalını yerə çırparaq sındırıb.  


Digər müştərilər onu sakitləşdirib kafedən çıxartmaq istədikdə isə Pərviz əli ilə qapının şüşəsini qırıb, nətəcədə özünə xəsarət yetirib. O, eyni hadisəni 7 avqust tarixində də törədib. Nəticədə saxlanılaraq, məhkəmə qarşısına çıxarılıb.

Məhkəmənin qərarı ilə Pərviz İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilib.

Oxşar xəbərlər