İran casusu olduğu deyilən azərbaycanlı video-müraciət yaydı - YENİLƏNİB
9-08-2023, 17:53
6 410

İran casusu olduğu deyilən azərbaycanlı video-müraciət yaydı - YENİLƏNİB

İran kəşfiyyatına casusluq etməkdə şübhəli bilinərək saxlanıldığı deyilən azərbaycanlı Seymur Rzayev açıqlama verib.
Sosial şəbəkədə video-müraciət yayan S.Rzayev yazılanların həqiqət olmadığını deyib. O, casus olmadığını və saxlanılmadığını bildirib:
“Mən heç vaxt Azərbaycan xalqına xəyanət etməmişəm, etmərəm də. Mən biznes fəaliyyəti ilə məşğul olan adamam. Qanun var. Mənim adımı çəkib, şəkillərimi yayanlar qanun qarşısında cavab verəcəklər”. 

İstanbul Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat Şöbəsi xüsusi əməliyyat keçirib.
Türkiyə mediası xəbər verir ki, əməliyyat nəticəsində İran kəşfiyyatına casusluq edən 5 nəfər saxlanılıb. Onların arasında azərbaycanlılar da var.
Saxlanılanlar Seymur Rzayev, Hikmət Əliyev, İlyas Yıldırım, Zeynəddin Çalışqan, Mehmet Çelikdir. 


  • İran casusu olduğu deyilən azərbaycanlı video-müraciət yaydı - YENİLƏNİB
  • İran casusu olduğu deyilən azərbaycanlı video-müraciət yaydı - YENİLƏNİB

Oxşar xəbərlər