Pişiyi öldürüb "TikTok"da paylaşan şəxs saxlanıldı
11-08-2023, 10:50
2 234

Pişiyi öldürüb "TikTok"da paylaşan şəxs saxlanıldı

Azərbaycanda "TikTok" sosial şəbəkə istifadəçilərindən biri öldürdüyü pişiyin videosunu paylaşıb.
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində həmin şəxsin 1990-cı il təvəllüdlü Goranboy rayon sakini Nizami Səlimov olduğu müəyyən edilib. O, yaydığı videoda pişiyi quşları yediyi üçün öldürdüyünü bildirib.
Goranboy Rayon Polis şöbəsində N.Səlimov barəsində qanunamüvafiq tədbir görülüb.




Oxşar xəbərlər