Borclu şəxs qismində axtarılan 65 nəfər saxlanılıb
12-08-2023, 10:00
2 792

Borclu şəxs qismində axtarılan 65 nəfər saxlanılıb

Avqustun 11-də ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 87, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər