Dəmir maneəyə çırpılan avtomobil YANDI
12-08-2023, 10:15
10 413

Dəmir maneəyə çırpılan avtomobil YANDI

Bakı şəhərinin Binəqədi rayonunda "Toyota" markalı minik avtomobilinin yol kənarındakı dəmir maneəyə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Bu barədə FHN məlumat yayıb.
Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər