Bakıda evdən 15 minlik samovar və qazan oğurlandı
16-08-2023, 16:04
40 830

Bakıda evdən 15 minlik samovar və qazan oğurlandı

Bakıda evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 9-da Suraxanı rayonu Bülbülə qəsəbəsindəki evlərdən birinin həyətindən 15000 manat dəyərində samovar və qazan oğurlanıb.
Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini İ.Sultanov müəyyən olunaraq saxlanılıb.

Oxşar xəbərlər