Ziya Bünyadov prospektində qəza olub, “20 Yanvar” istiqamətində sıxlıq var
24-08-2023, 19:30
63 260

Ziya Bünyadov prospektində qəza olub, “20 Yanvar” istiqamətində sıxlıq var

Bakıda Ziya Bünyadov prospektində yol qəzası olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, hadisə Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində qeydə alınıb.
Yol-nəqliyyat hadisəsi səbəbindən hazırda metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaşanır.
Sıxlığın aradan qaldırılması məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb olunub.

Oxşar xəbərlər