Bakıda məktəbin kompüterləri oğurlandı
28-08-2023, 15:00
35 111

Bakıda məktəbin kompüterləri oğurlandı

Bakıda məktəbdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Sabunçu rayonu ərazisindəki məktəblərin birindən 8066 manat dəyərində 10 ədəd kompüter və 3 ədəd noutbuk oğurlanıb.
Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ə.Şükürov müəyyən oluaraq saxlanılıb.

Oxşar xəbərlər