Bakıda “Opel” piyadanı vurub ÖLDÜRDÜ
21-12-2020, 12:21
213

Bakıda “Opel” piyadanı vurub ÖLDÜRDÜ

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,rayonun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Məmmədbəyli idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Qüdrət İsmayılovu vurub.
Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Rayon Polis İdarəsi  tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər