Ağır qəza: ölən və yaralanan var
2-09-2023, 13:52
17 395

Ağır qəza: ölən və yaralanan var

Mingəçevir şəhərində ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Şəhər ərazisində hərəkətdə olan 90-ES-662 dövlət qeydiyyatı nömrə nişanlı VAZ-2107 markalı avtomobil əks istiqamətdən gələn 77-XL-145 dövlət qeydiyyatı nişanlı HYUNDAİ markalı avtomobillə toqquşub.
 
VAZ-2107 markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Digər sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Hadisənin təfərrüatı araşdırılır./Report

Oxşar xəbərlər