Bakıda 4 otaqlı evdə yanğın
4-09-2023, 10:21
1 190

Bakıda 4 otaqlı evdə yanğın

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 140 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyünün taxta atmaları 40 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Oxşar xəbərlər