Magistral yolda 12 maşın toqquşdu
4-09-2023, 15:45
9 032

Magistral yolda 12 maşın toqquşdu

Moskva vilayətində zəncirvari yol qəzası olub.
Rusiya KİV xəbər verir ki, hadisə səhər saatlarında Ximki şəhərində M-10 magistralının 31-ci kilometrliyində baş verib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. 12 avtomobilin toqquşduğu ərazidə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılmalı olub. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunub.
Zəncirvari qəzanın səbəbləri açıqlanmayıb.

Oxşar xəbərlər