Hadisə
4-09-2023, 15:50
9 022
İdmançının 630 minlik saatı oğurlandı - FOTO
“Formula 1” komandasının ispaniyalı pilotu Ferrari Carlos Sainz Milanın mərkəzində qarət olunub.
Sentyabrın 3-də axşam saatlarında şəhərin mərkəzində iki nəfər sürücüyə yaxınlaşaraq saatı onun qolundan çıxarıb qaçıblar. Bununla belə, Sainz yoldaşı və ətrafdakı bir neçə şəxslə birlikdə oğruları təqib edərək, onları tuta bilib. Gələn polis əməkdaşları quldurları saxlayıb və sürücüyə otelə qayıtmağa kömək edib.
“The Sun” yazır ki, Sainzin “Richard Mille” markalı saatının dəyəri 630 min dollardır.