Qubada maşın aşdı - Ölən və yaralananlar var
5-09-2023, 09:43
8 154

Qubada maşın aşdı - Ölən və yaralananlar var

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Nügədi kəndi ərazisində qeydə alınıb. "Hyundai" markalı nəqliyyat vasitəsi idarəetmə itirərək körpüdən aşıb. Qəza nəticəsində maşında olan bir nəfər qadın dünyasını dəyişib, 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər