Sumqayıtda gənc oğlanı cərəyan vurub öldürdü
5-09-2023, 17:57
6 088

Sumqayıtda gənc oğlanı cərəyan vurub öldürdü

Sumqayıtda kişini cərəyan vurub.
Hadisə şəhərdə yerləşən elektrik yarımstansiyaların birində baş verib. 27 yaşlı Elşən Nazim oğlu Quliyev elektrik naqili ilə işləyən zaman onu cərəyan vurub.
Nəticədə E.Quliyev hadisə yerində ölüb.
Məlumata görə, o, bir müddət əvvəl ailə qurubmuş.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər