Hadisə
6-09-2023, 11:50
1 453
İsmayıllıda kafedə BIÇAQLANMA: hesaba görə qan töküldü
Bu gün gecə saatlarında İsmayıllı rayon sakini 1996-cı il təvəllüdlü Pünhan Şirinovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində P.Şirinova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və faktla bağlı araşdırma aparılır.
Lent.az-ın əldə etdiyi məlumata görə, P.Şirinov 16 yaşlı yeniyetmə ilə İsmayıllı şəhərindəki kafelərdən birində oturub yeyib–içiblər. Sonda hesabın verilməməsi üstündə onların arasında mübahisə yaranıb. Nəticədə 16 yaşlı Y.Ş qarşı tərəfə bıçaqla xəsarət yetirib.