4 velosiped oğurlayan keçmiş məhkum tutuldu
8-09-2023, 14:32
7 496

4 velosiped oğurlayan keçmiş məhkum tutuldu

Bakıda velosiped oğrusu tutulub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 4 nəfərə məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər