Binədə altı yaşlı uşaq ikinci mərtəbədən yıxılıb
11-09-2023, 10:52
1 105

Binədə altı yaşlı uşaq ikinci mərtəbədən yıxılıb

Bakının Xəzər rayonununda altı yaşlı uşaq evin ikinci mərtəbəsindən yerə yıxılaraq ağır xəsarətlər alıb.
Binə qəsəbəsi, Mehriban qonşular deyilən ərazidə 2017-ci il təvəllüdlü Ələkbərli İbrahim Ruhin oğlu ehtiyatsızlıqdan yaşadığı evin ikinci mərtəbəsindən yerə yıxılıb.

Azyaşlı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və təpə sümüklərinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Oxşar xəbərlər