Məktəbdə 21 uşaq zəhərləndi
13-09-2023, 13:30
8 668

Məktəbdə 21 uşaq zəhərləndi

Xabarovsk diyarında məktəbdə kütləvi zəhərlənmə olub.
Rusiya mediası bildirir ki, hadisə Elban kəndindəki məktəbdə baş verib.
Məlumata görə, sentyabrın 7-dən 8-dək Elban kənd məktəbindəki ibtidai siniflərdə oxuyan 21 şagird qarın ağrısı və qusma şikayəti ilə tibb müəssisəsinə müraciət edib. Onlardan 8 uşaq zəhərlənmə əlaməti ilə rayon xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
Bununla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 236-cı maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb.

Oxşar xəbərlər