Bərdədə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var - FOTO
3-10-2023, 11:30
9 207

Bərdədə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var - FOTO

Bərdədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Ağdam-Bərdə yolunun Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb.
10-XB-318 dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı mikroavtobusla 09-BK-019 dövlət qeydiyyat nişanlı "VAZ 2104" markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində iki nəfər Bərdə rayon Uğurbəyli kənd sakinləri - 1966-cı il təvəllüdlü Məhərrəmova Sevda Şükür qızı və 1961-ci il təvəllüdlü Məhərrəmova Cəmilə Mösum qızı xəsarət alıb. Onlar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


Oxşar xəbərlər