Bərdədə 42 yaşlı kişini avtomobil vurub
6-10-2023, 18:15
25 623

Bərdədə 42 yaşlı kişini avtomobil vurub

Bərdədə 42 yaşlı kişini avtomobil vurub.
“Trend”in yerli bürosu xəbər verir ki, Bərdə rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza şəhərin Bakı küçəsində qeydə alınıb.
Bərdə rayonun Mirzalıbəyli kənd sakini, 1982-ci il təvəllüdlü Zaur Rasim oğlu Abdullayevin idarə etdiyi BMW markalı avtomobil yolu keçmək istəyən Bərdə rayon sakini, 1981-ci il təvəllüdlü Nadir Asif oğlu Nadirovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər