Hadisə
9-10-2023, 18:45
15 640
Cəlilabadda avtomobil aşıb, yaralılar var
Cəlilabadda nəqliyyat vasitəsinin aşması nəticəsində 3 nəfər xəsarət alıb.
Apa xəbər verir ki, hadisə Ələt-Astara magistralının Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan avtomobil idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə 3 nəfər Masallı rayon sakini - 1974-cü il təvəllüdlü Aqşin Quliyev, 1961-ci il təvəllüdlü Aləmzər Quliyeva və Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Səidə Canbolata müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alanlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.