Göyçayda narkotacirlər tutuldu - FOTO
25-10-2023, 10:49
9 994

Göyçayda narkotacirlər tutuldu - FOTO

Göyçayda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı rayon sakinləri - Müzəffər Müzəffərov, Səbuhi Həsənov, Vüsal Şərifov, Kamran Allahverdiyev və Rəşad Abdullayev narkotik vasitələrin dövriyyəsində şübhəli bilindikləri üçün ələ keçiriliblər. Şəxsi axtarış zamanı onlardan müxtəlif çəkilərdə heroin aşkar edilərək götürülüb.
Araşdırma zamanı saxlanılanların əksəriyyətinin əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi, oğurluq, soyğunçuluq və digər cinayət əməllərinə görə məhkum edildikləri məlum olub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Göyçayda narkotacirlər tutuldu - FOTO

Oxşar xəbərlər