Bakıda dönərdən zəhərlənən şagirdlərin SON DURUMU
27-10-2023, 09:52
26 801

Bakıda dönərdən zəhərlənən şagirdlərin SON DURUMU

Bakıda dönərdən zəhərlənən 4 şagirdin müalicəsi Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında davam etdirilir.
TƏBİB-dən verilən məlumata görə, hazırda onların vəziyyəti stabildir.
Qeyd edək ki, oktyabrın 24-də Bakının Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin şagirdləri dönərdən zəhərlənib.
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 20 uşaq ambulator müalicə üçün evə buraxılıb.

Oxşar xəbərlər