Sabunçuda 1 nəfər göldə batdı
1-01-2021, 13:36
210

Sabunçuda 1 nəfər göldə batdı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) göldə batması barədə məlumat daxil olub.
Bakitv.az FHN-ə istinadən verdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aparılan axtarışlar nəticəsində batan şəxsin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər