Bakıda sərnişin taksi sürücüsünün külli miqdarda pulunu oğurladı
1-01-2021, 16:15
182

Bakıda sərnişin taksi sürücüsünün külli miqdarda pulunu oğurladı

Bakıda sərnişin daşıma ilə məşğul olan Göyçay rayon sakinindən Yeni il ərəfəsində külli miqdarda oğurluq edilib.
Bakitv.az oxu.az-a istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Anar Bəşirov paytaxtın Yasamal rayonu 28-ci Polis Bölməsinə müraciət edib.
Kişi Ayna Sultanova küçəsində bir sərnişinin taksiyə mindiyini deyib. Sərnişin taksidən endirdikdən sonra sürücü avtomobilindən 1900 dolların yoxa çıxdığını aşkar edib.
Qeyd edək ki, indiyə qədər bu faktla bağlı heç kim saxlanılmayıb. Əməliyyatçılar şübhəlinin şəxsiyyətinin müəyyənləşdirilməsi üzərində işləyirlər.

Oxşar xəbərlər