"Mikroavtobus"la "Niva" toqquşdu: Xəsarət alanlar var - FOTO
4-01-2024, 13:26
1 839

"Mikroavtobus"la "Niva" toqquşdu: Xəsarət alanlar var - FOTO

Zaqatala yol qəzası nəticəsində xəsarət alanlar olub.
APA xəbər verir ki, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
"Mercedes" markalı mikroavtobusla "VAZ-2121" (Niva) markalı avtomobilin toqquşması nəticəsində Muğanlı kənd sakinləri, 1994-cü il təvəllüdlü Əliyev Yusif Bayram oğlu, 1987-ci il təvəllüdlü Qurbanov Səxavət Qəhrəman oğlu və 2014-cü il təvəllüdlü Dəmirov Ziya Saleh oğlu xəsarət alıblar.

Oxşar xəbərlər