Beyləqanda da FETÖ-çular var imiş... - İDDİA
6-01-2021, 11:51
353

Beyləqanda da FETÖ-çular var imiş... - İDDİA

Cəlilzadə Səidə Fikrət qızı SDU-nin fizika ixtisası, yəni elmi fəaliyyət istiqaməti üzrə bakalavr, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) pedoqoji fəaliyyət ixtisası üzrə ixtisasartıma kursu keçərək, fizika müəllimliyi dərəcəsi alııb. O, Beyləqan rayon Dünyamallar kəndində yaşayır. 13.10.2020-ci il tarixində Beyləqan rayon Təhsil Şöbəsinə ərizə ilə müraciət edərək Ə. Şirinov adına 1 saylı Dünyamallar kənd tam orta məktəbində müvaffiq işlə təmin olunmasını xahiş edir. Hansı ki, Cəlilzadə Səidə həmin məktəbdə laborant işləyən Cəmilə Rüstəmovanın yaş həddinə görə təqaüdə çıxacağını bilirdi. Məhz bu üzdən də yaşadığı kənd məktəbində vakant yer olduğu üçün həm Beyləqan Rayon Təhsil Şöbəsinə, həm də Ə. Şirinov adına 1 saylı Dünyamallar kənd tam orta məktəbinin direktoru Gülxarə Niftəliyevaya ərizə ilə müraciət edərək müvaffiq işlə təmin olunmasını bildirir.
Lakin Beyləqan rayo Təhsil Şöbəsi Cəlilzadə Səidə Fikrət qızının işlə təmin olunması ilə bağlı ərizəsinə yazdığı cavabında bildirir ki, həmin kənddə vakant yer yoxud. Və Cəlilzadə Səidə Fikrət qızını yönəldir məsafəcən kənddən üzaq olan başqa məktəbə, Daşburun qəsəbəsində yerləşən “Araz” məktəbinə. Əlbəttə ki, Cəlilzadə Səidə Fikrət qızı məsafə uzaq olduğundan bununla razılaşmır. Hansı ki, təhsil şöbəsinin müdiri bilirdi ki, 12 gündən sonra Ə. Şirinov adına 1 saylı Dünyamallar kənd tam orta məktəbinin laborantı Cəmilə Rüstəmova son yaş həddiylə bağlı təqaüdə göndəriləcək. Belkə ki, TŞ-nin müdiri Cəlilzadə Səidə Fikrət qızına Dünyamallar kənd məktəblərində yer olmadığını bildirir və onu başqa bir uzaq məktəbə yönləndirir. Hansı ki, TŞ müdiri Cəlilzadə Səidə Fikrət qızını Ə. Şirinov adına 1 saylı Dünyamallar kənd tam orta məktəbində laborant işi ilə təmin edə bilərdi. Ancaq etməyib. Niyə? Hər halda niyəsini həm TŞ müdir, həm də Ə. Şirinov adına 1 saylı Dünyamallar kənd tam orta məktəbin direktoru Gülxarə Niftəliyeva açıqlaya bilərə
Burda maraqlı məqam ondan ibarətdir ki, Təhsil Şöbəsinin rəhbərliyi və eləcə də məktəb direktoru Cəlilzadə Səidə Fikrət qızını işsiz qoyaraq, məktəbdə xadimə işləyən Nigar Tağıyevanın əmək müqaviləsinə dəyişiklik edərək, onu laborant təyin edib.
RealMedia.az olaraq qeyd olunan məsələylə bağlı TŞ-nin müdiri Suliddin Əsgərovla əlaqə saxladıq. S. Əsgərov bildirdi ki, Cəlilzadə Səidə Fikrət qızı işlə bağlı Təhsil Şöbəsinə ərizə ilə müraciət edib. Ancaq onu həmin kənd məktəblərində vakant yer olmadığı üçün işlə təmin edə bilməmişik və ona başqa məktəbdə iş təklif etmişik.
Əməkdaşımızın, “axı siz bilirdiniz ki, 12 gündən sonra Ə. Şirinov adına 1 saylı Dünyamallar kənd tam orta məktəbində laborant ştatı boşalacaq və sizində Səidə Cəlilzadəni həmin məktəbdə işlə təmin etmək imkanınız olub və belə olan halda da siz Səidə Cəlilzadəni işlə təmin etməyib, başqa bir məktəbdə iş təklif etmisiniz, həmin məktəbdə isə xadimə işləyən Nigar Tağıyevanın əmək müqaviləsinə dəyişiklik edərək, onu laborant kimi götürmüsünüz” sualına isə, TŞ müdiri, “məktəbdə xadimə işləyən Nigar Tağıyeva ali təhsillidir,ali təhsilli birinin xadimə işləməsi doğru deyil, bu üzdən də onun əmək müqaviləsini dəyişərək “laborant” ştatına keçirmişik. Burda da elə bir qanunsuz hərəkət etməmişik”, deyərək suallarımızı cavablandırıb.
Ali təhsilli birinin xadiməçi işləməsini həzm edə bilməyən və “ürəkağrısı” ilə qeyd edən TŞ müdiri Suliddin Əsgərov görəsən digər bir ali təhsilli müəllimənin işsiz qalmasına niyə acımır? Ən azından Nigar Tağıyeva ali təhsilli olmasına baxmayaraq, xadiməçilik etsə də adı ştat cədvəlində gedirdi və aldığı aylıq əmək haqqı indi ki, maaşından yüksək idi. Bildirilir ki, ümumiyyətlə, Nigar Tağıyevanın xadiməçi kimi məktəbin ştat cədvəlində adı gedib, özü işə gəlmirmiş.
Təhsil müdiri ali təhsilli birinin xadiməçi işləməsinin doğru olmadığını deyir, ancaq ali təhsilli başqa bir müəllimənin işsiz qalmasının nə qədər doğru olmadığını demir?
Əgər ali təhsilli(pedaqoji fəaliyyət üzrə ali təhsilli deyil, ilahiyyəti bitirib) birinin xidmətçi işləməsini doğru hesab etmirsinizsə, bəs yaxşı onda onu niyə xadiməçi götürmüşdünüz, elə onda bunun ona doğru olmadığını deyib, başqa işlə təmin edə bilərdiniz. Hərçənd ki, buna imkanınız məhdud deyil. Nə oldu, birdən-birəmi ağılınıza gəldi, bu “humanist” qərar? Onda belə çıxır ki, Nigar Tağıyevanın adı məktəbin ştat cədvəlində xadiməçi gedib, özü isə işə gəlməyib. Gəlibsədə, deməli bildiyi, oxuduğu ixtisas üzrə təhsil verib.
Yeri gəlmişkən onu da qeyd edək ki, xadiməçi işləyən Nigar Tağıyeva ali təhsilli dedikdə o, ilahiyyəti bitirib. Məktədbə lobarant və ya müəllim işləmək hüququna malik deyil. Belə olan halda isə ortaya haqlı bir sualda çıxır. İlahiyyəti bitirmiş biri ümumitəhsil müəssisəsində necə laborant işləyə bilər? Yoxsa ki, məktəb direktorunun məqsədi birilərini bu adla təhsil sisteminə yerləşdirib məktəbdə gizli ilahiyyət dərs açmaq və bu yolla da, məsələn, gələcəyin “FETÖ”çularını hazırlamaqdır? Hər halda buna münasibətdə Beyləqan rayon təhsil şöbəsinin və məktəb direktoru Gülxarə Niftiyevanın mövqeyi aydın açıq ortadadır. Qalır Təhsil Nazirliyinin mövqeyi. Nə qədər gec deyil, TN Emin Əmrullayev Beyləqan məktəblərinin fəaliyyətini ciddi nəzarət altına almalı, gələcəkdə ölkəmizi və cəmiyyətimizi zərərli qüvvələrdən xilas etməlidir.
Tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq. //RealMedia.az //

Oxşar xəbərlər