"Ay vicdansılar, necə yeyə bilirsiniz o pulları?" - Ağdam və Tərtərdə əhaliyə ziyana görə çatacaq pullar yeyilib.... İDDİA
8-01-2021, 10:37
171

"Ay vicdansılar, necə yeyə bilirsiniz o pulları?" - Ağdam və Tərtərdə əhaliyə ziyana görə çatacaq pullar yeyilib.... İDDİA

Teref.az xəbər verir ki, Prezidentin 27 sentyabrdan 9 noyabradək II Qarabağ müharibəsi zamanı Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi barədə qərarının yerinə yetirilməsi zamanı bölgələrdə böyük narazılıqlar yaşanır. Bu narazılıqlar əsasən Ağdam və Tərtər rayonlarını əhatə edir.
Sosial şəbəkə istifadəçisi Elçin Əfəndini yazır:
"Deməli ölkə başçısının sərəncamı ilə 27 sentyabrdan 9 noyabradək II Qarabağ müharibəsi zamanı Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi barədə qərar qəbul olunmuş və 9 068 128 (doqquz milyon altmış səkkiz min yüz iyirmi səkkiz) manat müvafiq olaraq büdəcədən vəsait ayrılmışdır.
İki gündür ki, muxtəlif rayon və kəndlərdən, xüsusilə Ağdam və Tərtər rayonlarının, ən çox da Ağdam rayonu Zəngişalı kəndindən olan sakinlər narazılıq edirlər. Aparıb hərəsinə 1000böyük narazılıqlar AZN pul veriblər. İnsanların evi dağıdılıb. Klyonka ilə pəncərədən, və dağılmış divardan, tavandan gələn soyuq və şaxtalı havanın qarşısını alırlar. Niyə? Verin də pullarını.

* 2 296 500 (iki milyon iki yüz doxsan altı min beş yüz) manatının Tərtər Rayon İcra Hakimiyyətinə ayrılıb. Hanı pullar?
* 1 848 500 (bir milyon səkkiz yüz qırx səkkiz min beş yüz) manatının Ağdam Rayon İcra Hakimiyyətinə ayrılıb. Hanı pullar?
Ay vicdansılar, necə yeyə bilirsiniz o pulları? Məgər başa düşmürsünüz ki, siz və övladlarınız isti evinizdə keyf çəkəndə evi dağılmış vətəndaş və onun körpə balaları soyuqdan donur?
Ermənisiniz siz? Lənətə gələsiniz!
17.12.2020-ci ildə bu barədə yazmışdım. Rəyə həmin statusu da atacam. Yenə də deyirəm: Ayrılan pulların 1 qəpiyinə belə göz dikənin Allah bəlasını versin!"

Teref.az olaraq adları çəkilən qurumların mövqeyini işıqlandırmağa hazırıq!

Oxşar xəbərlər