İqbal Məmmədovun milyonluq vergi maxinasiyaları - Deputat həbs oluna bilərmi?
16-02-2021, 14:39
151

İqbal Məmmədovun milyonluq vergi maxinasiyaları - Deputat həbs oluna bilərmi?

İqbal Məmmədov öz seçicilərinə deyir ki, mənə sizin səsiniz vacib deyil, onsuz da deputat MANDAT-ı cibimdədir.

Deputatın  obyekti bir günə 972 : 365 = 2 m 60 qəpik vergi ödəyib 

Bütün sirlər  tərcümeyi-halda  gizlənib. Ona görə də kiminlə bağlı yazmaq istəsəniz onun RƏSMİ tərcümeyi-halına baxın. Lerikin deputatı İqbal Məmmədovun rəsmi avtobioqrafiyasına baxanda öncə bir cümlə diqqəti cəlb edir:


“Lerik rayonunun Rəzgov kəndində ZİYALI  AİLƏSİNDƏ anadan olub”. Ziyalı ailə söhbəti son illər lap gülünc mövzu olub... Həqiqətən  ziyalı ailədə doğulan adam ölkə qanunlarına hörmətsizlik edərmi? Axı, Azərbaycanın ANA YASASINDA yazılıb ki, deputatın, məmurun biznes fəaliyyəti ilə məşğul olması qanunla qadağandır. Bəs, necə olur ki, ziyalı ailədə doğulan deputat İqbal Məmmədov neçə illərdir ki, biznes fəaliyyəti ilə məşğuldur,  otelləri, ticarət obyektləri, turizm mərkəzləri və s. Hərənin bəxti  bir cürə parlayır. İqbal müəllim, Rövnəq Abdullayevlə tanış olandan sonra  bəxt quşu çiyninə qondu. Və deputat oldu. Təsəvvür edirsiniz, İqbal Məmmədov öz seçicilərinə deyir ki, mənə sizin səsiniz vacib deyil, onsuz da  deputat MANDAT-ı cibimdədir. Bu artıq  dövləti cinayətdir. Yəni səs versəniz də, verməsəniz də mən DEPUTAT-am. Bunlar azmış kimi  İqbal Məmmədov dövlətin rayona ayırdığı  maliyyə vəsaitlərini öz şəxsi  biznesinə yönəldir, rayonda ən böyük istirahət və turizm mərkəzi  olan RELAX  cənab deputata məxsusdur.  Oxucuların yaxşı yadında olar bu mərkəzdə Vergilər  Nazirliyinin əməkdaşlarını əməlli-başlı döydülər. Bəli, deputatın oğlu Mirhəmid  İqbal oğlu Nərimanlı və dostları  obyektdə yoxlama aparan  nazirliyin əməkldaşlarına qarşı müqavimət göstərdilər, zorakılıq etdilər. Düzdür, sonra həmin şəxslər həbs edildi və az müddət sonra azad edildilər. 
Yoxlamanın səbəbi nə idi? 
27 hektar ərazini əhatə edən, onlarla ictimai-iaşə obyekti olan mərkəz 2019-cu ildə cəmi 972 manat vergi ödəyib. Deməli, bir ilə, yəni 365 günə böləndə bir günə təxminən 2 manat, yəni bir çaynik çayın pulu... Və haqlı olaraq vergi işçiləri mərkəzdə yoxlama  keçirmək istəyəndə deputatın oğlu və dostları müqavimət göstəriblər. Mediada yazılanlardan bəlli olur ki, torpağı zəbt olunan, sonra həbs olunan Lerik sakini deputatın əməllərindən bezərək sonda intihar edib. İnsanı ölüm həddinə çatdırmaq ən ağır cinayətdir. Ən vacibi bilirsiniz nədir ? Yaxşı  deputatın bu əməllərinə niyə rayon prokurorluğu, polisi, icra başçısı “DUR” demir. Yaxşı Vergilər Nazirliyinin işiçiləri neçə illərdir hara baxırdı? Lerik sakinləri işıq, qaz, su, yol sarıdan hər gün dövlət orqanlarına şikayət edir. Ancaq deputat İqbal Məmmədovun  bütün obyektlərində qaz da, işıq da, su da var. Bu necə olur axı..?  Vətəndaş  üzünü yumağa su tapmır, amma deputatın obyektində hər şey var. Hələ deputatın broyler  fabrikindən danışaq... Deməli, broyler  fabriki dezinfeksiya olunur və bütün zəhərli maddələr axıdılır çaya. Bununla bağlı video da var. Və körpə balıqlar qırılır. Buna görə, qanunla deputat  cavab verməlidir e. Bəlkə deputatın KASPİ YILDIZ  şirkətindən danışaq... Nə qədər vergidən yayınma var ?    Bu və digər məsələlərlə bağlı növbəti yazıda.[media=https://youtu.be/jQ07YhZ6xYY]

Oxşar xəbərlər