Manşet
1-03-2021, 20:51
261
Dairə qapanır, cənab İradə Gülməmmədova- İcra başçısının qardaşı Rövşən Quliyev hələ də Abşeronda at oynadır
Abşeron rayonu əvvəldən qalmaqallı rayon olub. Bu rayonun rəhbərləri gah avtoqəzaya düşüb dünyasını dəyişib, gah da sovetin son dönəmində olduğu kimi öz əcəli ilə dünyasını dəyişməyib. Yəni bu rayonun başı üzərində, daha dəqiq desək, BAŞÇI-larının başı üzərində həmişə qara buludlar dolaşıb.
Bəlkə bu da bir qəzavü-qədərdir ki, çox az sayda rayonlardan biri kimi Abşeronun da icra başçısı qadındır. Son vaxtlar rayonun icra başçısı İradə Gülməmmədovanın da başının üstündə qara buludlar sıxlaşır.
Əsas mövzuya keçməzdən öncə İradə Gülməmmədova ilə bağlı bir xırda epizoda nəzər salaq.
Deməli, xanım icra başçısı hər gün səhər iclasında işçilərə xəbərdarlıq edir: “ Özünüzü yaxşı aparın, diqqətli olun…yoxsa, …müəllim gəlib bizi tənbeh edər, cəzalandırar..”
Bu İradə Gülməmmədovaya başa salan yoxdur ki, sənə etimad göstərib Abşeron boyda rayona icra başçısı təyin edən cənab prezident İlham Əliyevdir.
Kobud siyasi səhvə yol verdiyini anlamırsan, İradə Gülməmmədova ?
Bəlkə ikinci daha ağrılı bir epizodu sənin yadına salaq.
30 sentyabr ad gününüzdə kabinetdə əyləşib bahalı hədiyyələr qəbul edirdiniz.
Bax, həmin gün Füzulidə, Cəbrayılda, Ağdamda yüzlərlə Azərbaycan övladı vətən uğrunda şəhid olurdu, ay İradə Gülməmmədova …
Belə qandonduran hallar kifayət qədərdir.
Səndə analıq, qadınlıq, bacılıq hissi olsaydı…həmin günlər şadyanalıq etməzdin.
Bütün bunlar məsələnin MƏNƏVİ tərəfi.
İndi isə keçək hüquqi müstəviyə.
Şükür MÜZƏFFƏR Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz Qarabağda Zəfər qazandı.
Amma yenə problemlərimiz var, şəhid balaları, ailələri hələ də matəm içindədir, qazilərimiz ağır sarsıntı keçirir.
Sən isə xanım başçı…
İndi də 8 mart bayramına hazırlıq görürsən.
Rayondakı bütün məktəblərin, uşaq bağçalarının müdirlərini, bələdiyyə sədrlərini QIRMIZI ÇADIRA çağırmısan ki, sənə xələt versinlər.
Şəhid ailələri hələ də YAS-dan çıxa bilmir, sən isə bayramı qeyd etməyə hazırlıq görürsən.
Qiymətlər də belədir:
1. İcra nümayəndələri ən azı 1000 manat
2. Bələdiyyə sədrləri 2000-3000 manat
3. Bağça müdirləri ən azı 500-1000 manat
Kabinetinin ağzında növbə yaranır İradə Gülməmmədova.
Sən isə böyük məktəblərdən 3000 tələb edirsən.
İndi isə sənin təhsil, bağça, bələdiyyə biznesindən keçək tikinti biznesinə Gülməmmədova.
Bu biznesinin başında bacın oğlu Babək Zalov dayanırdı.
Sizin torpaq və tikinti biznesinizin başında dayanan BABƏK və ümimilikdə 9 nəfərin həbs olunmasına və sizə olan ciddi xəbərdarlığa baxmayaraq… hüquq şöbəsinin müdiri Qubatov Rəşadın rəhbərliyi ilə qanunsuz tikinti biznesiniz hələ də davam edir.
İradə Gülməmmədova, siz başa düşmürsünüz, sizi nə gözləyir ?
Saray bələdiyyəsində ( Məhi-yəddin ) , Goradildə ( icra nümayəndəsi ) Akifin vasitəsilə nə şəbəkə yaratmısınız ?
İradə Gülməmmədova, bəziləri deyir ki, bu qadın qurd ürəyi yeyib, bəziləri deyir nə qurd, lap şir, aslan ürəyi yeyib.
Sən deyəsən, aslanın erkəyi, dişisi olmaz şüarına inanmısan.
Cənab başçı !
Rüşvət toplamaq üçün rayonda onbaşı sistemi yaratmısan.
1. Bağçalardan, məktəblərdən pul yığan onbaşı –Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Afaq Həsənova
2. Bələdiyyələrdən pul yığan isə ərazi idarəetmə şöbəsinin müdiri Azər Məmmədovdur.
Yığdığın pullarla malik olduğun əmlak heç İran şahında olmayıb, cənab başçı:
1. Heydər Əliyev məscidinin yanında dəyəri 10 milyon olan 4 mərtəbəli mülkün
2. VİMAY klinikanız ( İRON otelinin yanında, Binəqədi rayonu, Rəsulzadə qəs, M.Davudoğlu küş 12 a)
3. Qızının 2 bağçası və oğlunun nəhəng restoranı
4. Xırdalanda ərinin xeyli sayda aptekləri
5. Özünün Goradildə xeyli sayda şərab mağazaların
6. Xutorda köhnə evinin yerində gözəllik salonun
7. Daşkəsəndə Xaşbulaq yaylağında qoyun sürülərin
8. Ağcabədidə hektarlarla torpaq sahələrin və daha nələr
Bütün bunları hansı pulla, hansı yolla əldə etmisiniz, cənab başçı ?
Həyat yoldaşınız Yolçu da bir vaxtlar həbsdə olub sonra buraxılıb.
Yeri gəlmişkən, bir məsələ də xüsusi ilə çox maraqlı və vacibdir. .
Arxitektura və Memarlıq Komitəsinin nəzəri Abşeronda niyə hiss olunmur ?
Yüksək gərgilik altında, Vulkanik ərazilərdə, Kanalizasiya xətlərinin üstündə nə qədər obyek tikilir. Amma baxan yoxdur.
Aldığımız məlumata görə, tikinti ilə bağlı bütün sənədlər Arxitektura Komitəsinin fəaliyyətə başladığı 2018-ci ilə qədərə aid edilir. Yəni bütün sənədlər köhnə tarixə “oformit” olunur.
Hətta deyilənə görə, rayonun həbs olunan baş memarı Akif Əliyevin möhürü İradə Gülməmmədovada olduğu üçün hazırda bütün sənədləri 2018-ci ilədək sənədləşdirib vətəndaşlara satırlar.
Bütün bunları müvafiq dövlət qurumları ciddi araşdırmalıdır.
Məlumata görə, bütün həbs olunanlar yığılan rüşvətin İradə Gülməmmədovaya verilməsi barədə izahat veriblər.
Onda sual olunur:
Niyə İradə Gülməmmədova məsuliyyətə cəlb olunmur ?
Sakinlər icra başçısının həbs olunmasını gözləyir..
İradə Gülməmmədova isə hazırda öz vəzifəsini yerinə yetirə bilmir. Rayonda dəhşətli antisanitariya hökm sürür.
Sonuncu qarda isə rayonun bir nəfər kommunal işçisi də bircə lopatka qar təmizləmədi. Və rayonun yollarında avtomobillər zəncirvari toqquşub. Bir sözlə, rayonda əməlli-başlı anarxiyadır.
Sonda bir məsələni xüsusi qeyd edək.
Hazırda bütün Abşeron rayonu sevinir ki, İradə xanımın bacısı oğlu Babək həbs olunub, hamı hüquq-mühafizə orqanlarına təşəkkür edir.
Ancaq Babək həbs olunsa da, başçının qardaşı Rövşən Quliyev hələ də Abşeronda at oynadır.
Rövşənlə bağlı hüquq-mühafizə orqanlarında kifayət qədər material var.
Görəsən, hansı GÜCLÜ ƏL Rövşən Quliyevi qoruyur ?
Bir sözlə, suallar çoxdur. Amma atalar deyir ki, sonuncu ümid ölür.
Bəli, İradə xanım və ailəsi ümidi falçılara bağlayıb.
Deyəsən, DAİRƏ qapanır, İradə xanım. Hazır olun !.
''Gündəlik Bakı''nın Araşdırma Qrupu(gundelik-baku.com)