Gəncədə Abbas Səhhət adına xəstəxanada rüşvət piramidası- Koronavirus həkimlər üçün əsl qazanc mənbəyidir.
17-03-2021, 13:49
177

Gəncədə Abbas Səhhət adına xəstəxanada rüşvət piramidası- Koronavirus həkimlər üçün əsl qazanc mənbəyidir.

Xəstaxanada rüşvətin mühafizəçidən- baş həkimə uzanan yolu....

Haqqında  yazmaq istədiyimiz  Gəncə şəhəri Abbas Səhhət adına 1 saylı xəstəxana özəl-filan  deyil, bir başa dövlət büdcəsindən  ayrılan vəsait hesabına fəaliyyət göstərir. 
Xəstəxananın ərazisi 3 hektardan çoxdur, bir neçə il əvvəl dövlətin hesabına tam təmir olunub və ən müasir tibb avadanlıqları ilə təmin edilib. 
Bəs onda nəyə görə, xəstələr  həkimlərə, tibb bacılarına pul-rüşvət verməli, üstəlik dərmanları  özləri almalıdırlar. Bura məgər özəl, şəxsi klinikadır ? 
Bütün bunlar azmış kimi, xəstəxana əsl virus yuvasıdır. Heç koronavirusa-zada ehtiyac yoxdur. Xəstəxananın həyəti əsl antisanitariya ocağıdır. Otaqlarda  təmizlikdən əsər-əlamət yoxdur. 
Bütün bunlarla bərabər indi əlavə problemlər də çıxıb. 
Dünyanı  bürüyən koronavirus pandemiyası  1 saylı xəstəxanada əməlli-başlı qazanc mənbəyinə, biznes sahəsinə çevrilib. 
Deməli, koronavirus xəstələrinə baş çəkmək, onlara lazım olan qida məhsullarını çatdırmaq üçün  xəstənin sahibi ən azı hər dəfə 10 manat verməlidir. 
Yəni əməlli-başlı  rüşvət piramidasl qurulub xəstəxanada. 
Qapıdan girəndə mütləq mühafizəçiyə verməlisən, sonra həkim, tibb bacılarıaxırda baş həkimə verməlisən. 
Lap rəhmətlik Cəfər Cabbarlı demişkən, pristava ver, nəçənniyə ver, kəndxudaya ver, ver, ver...
Yazıq insanlar öz xəstələrininn hayına qalsınlar, yoxsa həkimlərə pul versinlər...
Yəqin ki, bu barədə Səhiyyə  Nazirliyi, Gəncə şəhər icra hakimiyyəti və Səhiyyə idarəsinin yeni rəisi Nazim Əhmədov  öz mövqeyini  bildirəcək.

Oxşar xəbərlər