“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri niyə azalır ?- Bank əməkdaşlarından ingiliscə bilməyi niyə tələb edir ?
12-04-2021, 15:45
167

“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri niyə azalır ?- Bank əməkdaşlarından ingiliscə bilməyi niyə tələb edir ?

Son günlər “Yapı Kredi Bank Azərbaycan”ın  xalis gəlirlərinin kəskin azalması  ilə bağlı  xəbərlər mediada yayılır. Görəsən bankın uğursuzluğunun səbəbi nədir ? 
Açıq  demək lazımdır ki, “Yapı” bankı Azərbaycanda müsbət reputasiyası ilə tanınmır. 
Təsəvvür edirsiniz, bank işə düzəlmək istəyən şəxslərin qarşısında o qədər şərtlər qoyur ki...
Hətta bankın əməkdaşı ingiliscə, türkcə təmiz bilməlidir. 
Axı, bu ölkənin konstitusiyasında yazılıb ki, Azərbaycanda dövlət dili Azərbaycan dilidir.  Belə olan halda bu tələb nəyə lazımdır. 
Digər  məsələlər də  bank əməkdaşları arasında  ciddi narazılıq yaradır. 
Digər məsələ isə “Yapi Kredi Bank Azərbaycan”ın “WorldCard” plastik (taksit) kartları ilə bağlıdır. Bankın müştəriləri bankın kartla bağlı apardığı yeni siyasətdən narazılıq edirlər.
Bank  “WorldCard”  plastik kartlarından nəğd pul çəkilişinə tam şəkildə blok qoyub. Ancaq müştərilərin narazılığından sonra bank nəğd avans limitini 50%-dən 10%-ə endirilib.
Müştərilər bankdan "WorldCard" plastik kartlarını alarkən bankla müştəri arasında müqavilə bağlanılıb və müqavilədə kart limitinin 50%-nin nəğd pul kimi istifadə edə biləcəyi qeyd olunur.
Qeyd etdiyimiz kimi müqavilədə 50% limit qoyulduğu halda bankın müştərilərindən xəbərsiz limit faizini azaltması ciddi narahatçılığa səbəb olub.
Kartı götürərkən bankla müştəri arasında  müqavilə var, onlar müqavilənin müştəridən xəbərsiz necə poza bilir?
“Yapi Kredi Bank Azərbaycan”ın  etdiyi tam qanunsuz bir hərəkətdir.
Məlumat üçün  qeyd edək ki,  “Yapı Kredi Bank Azərbaycan”  1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,4 milyon manatdır. Bankın səhmlərinin 99,8%-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01%-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01%-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur

Oxşar xəbərlər