Dövlət qurumları “Büyük Fırat”da araşdırma aparsa, ortaya böyük faktlar çıxacaq...- Qida Agentliyi, Vergilər Nazirliyi niyə bu boyda şəbəkəni görmür ?
12-04-2021, 17:18
271

Dövlət qurumları “Büyük Fırat”da araşdırma aparsa, ortaya böyük faktlar çıxacaq...- Qida Agentliyi, Vergilər Nazirliyi niyə bu boyda şəbəkəni görmür ?

Azərbaycanın  qida sektorunda, ictimai-iaşə  sahəsində  “Büyük Fırat”ın öz xüsusi çəkisi var. 
Restoran, dönərxanalar kimi geniş şəbəkəyə  sahib olan “Büyük Fırat” qida  sahəsinə nəzarət edən dövlət qurumlarının diqqətindən görəsən niyə kənarda qalıb ? 
Bakının ən  gur məkanlarında, metro çıxışlarına yaxın ərazilərdə, şəhərin mərkəzində  “lövbər”  salan “Büyük Fırat” şəbəkəsi barədə vergi orqanları da sanki görməzlikdən gəlirlər. 
Müxtəlif çeşiddə yeməklər, lahmacunlar, dönərlər  və digər qidalar  hazırlayan  “Büyük Fırat”  şəbəkəsi  artıq Azərbaycan mətbəxində özünə əməlli-başlı yer edib. 
Amma müştərilərin narazılıqları da çoxdur. Qidaların hazırlandığı ətlərin mənşəyi bəlli deyil. 
Bu məsələ ölkəmizdə çox aktualdır. Çünki hər il ölmüş heyvan cəmdəklərini dönərxanalara satanlar həbs olunsa da yeniləri peyda olur. Ona görə də Azərbaycan istehlakçısı həmişə yediyi dönərin, yeməklərin mənşəyini bilmək istəyir. Təəssüf ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hələ də öz üzərinə düşən vəzifəni yerinə yetirmir. 
Görəsən, AQTA niyə bircə dəfə də olsun “Büyük Fırat”da  monitorinq aparmır, əhaliyə  dürüst məlumat vermir. 
Pandemiya vaxtı, karantin zamanı “Büyük Fırat” şəbəkəsinə aid olan obyektlərdə niyə  maska  taxılmır ? 
Niyə, bircə dəfə də olsun Vergilər Nazirliyi bu boyda şəbəkənin vergidən yayınmasını araşdırmır ?
Bu şəbəkənin obyektlərində çox nadir hallarda kassa aparatına rast gəlmək olar. Bəs onda  şəbəkənin vergiləri necə hesablanır ? 
Bəli, “Büyük Fırat”la bağlı cəmiyyətimizdə suallar çoxdur. 
Bir neçə il əvvəl “Büyük Fırat”da çalışan azərbaycanlı gəncin baş nahiyəsindən vurulmasını, sonradan ölməsini demirik. 
Bir sözlə, müvafiq dövlət qurumları “Büyük Fırat”da  araşdırma aparsa, ortaya böyük faktlar çıxacaq.

Oxşar xəbərlər