Qarabağ qazisi, 1-ci qrup əlil Prezident İlham Əliyevdən kömək istəyir - Yevlax rayonlararası Qeydiyyat İmtahan İdarəsinin Texniki baxış şöbəsinin rəisi Elşən Süleymanov qəza törədərək adam öldürüb
15-04-2021, 19:40
234

Qarabağ qazisi, 1-ci qrup əlil Prezident İlham Əliyevdən kömək istəyir - Yevlax rayonlararası Qeydiyyat İmtahan İdarəsinin Texniki baxış şöbəsinin rəisi Elşən Süleymanov qəza törədərək adam öldürüb

Ucar şəhəri H.Əliyev prospekti bina 138, mənzil 1 sakini 1-ci qrup Qarabağ müharibəsi əlili Babayev Famil Cümşüd oğlu tərəfindən Gundelik-baku.com-a 

                                      ŞİKAYƏT 

Mən 1-ci Qarabağ müharibəsində ağır yaralanaraq  1-ci qrup əlil olmuşam.Mən buna görə fəxr edirəm qürur duyuram. Ancaq mən şəxsən xəcalət çəkirəm ki, Yevlax rayonlararası Qeydiyyat İmtahan İdarəsinin Texniki baxış şöbəsinə Süleymanov Elşən Fikrət oğlu adlı  birini  rəis təyin ediblər. 
Yevlax rayonlararası Qeydiyyat İmtahan İdarəsinin Texniki baxış şöbəsinin rəisi polis kapitanı Elşən Süleymanovun atası Fikrət Süleymanov Göyçayda böyük biznes sahibidir. Elşən Süleymanov atasının kapitalı hesabına Texniki baxış şöbəsinə rəis təyin edilib.Daha doğrusu, dövlət idarəsində özü üçün biznes qurub. Elşən Süleymanov bu vəzifəyə rəis təyin ediləndən sonra avtomobillərin texniki baxış  rüsumunu  5 dəfə qaldırılıb.
Hətta avtomobilləri Texniki Baxış Şöbəsinə gətirmədən, yoxlanışdan keçmədən texniki  baxış sənədi almaq olur. Bunu isə orada olan video müşahidə kameralarına baxmaqla sübut etmək çox asandır.
Həmçinin ora gələn avtomobillərə heç bir baxış keçirilmir texniki baxış sənədi təqdim edilir.Bu minvalla Elşən Süleymanov bu vəzifəyə təyin olunduğu 5 ay ərzində atasının yuxarıya verdiyi pulu çıxarmışdır. 
İçki  aludəçisi olan Elşən Süleymanov sərxoş olanda hər yerdə deyir ki, bu vəzifəyə təyinat almaq üçün yuxarı 200.000 (iki yüz min) manat pul vermişik. Qeyd edim ki, polis kapitanı Elşən Süleymanov sərxoş vəziyyətdə sürətli avtomobil sürməsi nəticəsində 11 may 2019-cu il tarixdə Göyçay rayonunda ağır yol nəqliyyat hadisəsi baş vermişdir. “Mercedes” və “Toyota” markalı minik avtomobillərinin toqquşması nəticəsində rayonun Müskürlü kənd sakini Qurbanov Vüsal Fərman oğlu ölmüş, Göyçay şəhər sakinləri Kərimli Məmməd Əlimövsüm oğlu, Azadov Pərviz Yelmar oğlu, Rüstəmov Nofəl Oqtay oğlu və Kərimli Simran Akif oğlu ağır xəsarət almışdılar. Həmin vaxtı Elşənin atasının pulları onu məsuliyyətdən kənarda saxlaya bilmişdir.
Elşən Süleymanov tərəfindən baş vermiş cinayət hadisəsinin məsuliyyətini bir nəfər şəxs öz üzərinə götürmüşdür.Ancaq avtombilin həmin vaxt hərəkətdə olduğu yoldakı müşahidə kameralarında aydın görünüb ki, həmin vaxt sükan arxasında Elşən Süleymanov özü olmuşdur. Cəzasızlıqdan azğınlaşmış Elşən Süleymanov kimi yaramazın indi belə bir vəzifədə işləməsi yolverilməzdir. Bu vəzifəyə təyin etməmişdən əvvəl Elşən Sülüymanovun şəxsiyyəti, səviyyəsi və əməlləri yoxlanılmalı idi. Mən şəxsən Qarabağ müharibəsində iştirak edib əlil olmağıma görə fəxr etsəm də Elşən Süleymanov kimi yaramazın, əyyaşın və korrupsionerin belə bir vəzifədə təmsil olunmasına görə çox xəcalət çəkirəm. Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən, Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan və Baş Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Ramiz Zeynalovdan xahiş edirəm şikayətimi mənim iştirakımla araşdırılmasına göstəriş verəsiniz və korrupsiya əməlləri ilə məşğul olan Yevlax rayonlararası Qeydiyyat İmtahan İdarəsinin Texniki baxış şöbəinin rəisi Elşən Süleymanovun barəsində ciddi tədbirlər görəsiniz.

Oxşar xəbərlər