Xətai rayon İcra və probasiya şöbəsinin rəisi cənab Vüqar Qasımovun əməlləri...- Qardaşın Arif Qasımovun aqibəti dərs olmadı, sizə ?
16-04-2021, 16:40
191

Xətai rayon İcra və probasiya şöbəsinin rəisi cənab Vüqar Qasımovun əməlləri...- Qardaşın Arif Qasımovun aqibəti dərs olmadı, sizə ?

Şöbənin telefonları niyə susur ? 

Azərbaycanda məhkəmə sisteminin necə bərbad durumda olmasını görmək üçün hüquqşünas-filan olmağa ehtiyac yoxdur. 
Sıravi vətəndaşlar belə  məhkəmə sistemindəki rüşvətdən, ədalətsizlikdən bezib. 
Məhkəmə qərarları belə gündədirsə, görün, həmin qərarların icrası nə gündədir. 
Bəli, söhbət Azərbaycan Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin yarıtmaz fəaliyyətindən gedir. 
Baş idarənin  yerli şöbələrində də vəziyyət eyni ilə yuxarıdakı kimidir. 
Konkret olaraq  indiki yazının “qəhrəmanı” Ədliyyə Nazirliyi  Xətai rayon İcra və probasiya şöbəsinin rəisi  cənab Vüqar Qasımovdur.
Vüqar Qasımov bir açıqlamasında Prezident İlham Əliyevin ona etimad göstərməsindən, Fəxri Fərman verməsindən ağızdolusu danışır: ” Prezident tərəfindən fəxri fərmanla təltif olunmağım böyük qürur hissi yaradır və üzərimə daha böyük məsuliyyət qoyur”. 
Lap yaxşı, cənab Vüqar Qasımov. Siz də çalışın cənab İlham Əliyevin etimadını doğruldun. 
Bəs siz nə edirsiniz ? 
Vətəndaşları qəbul etmirsiniz, qərarların icrasında  süründürməçilik,  rüşvət və digər neqativ hallar bəlkə etimadı doğrultmaqdır, cənab rəis ? 
Əvvəllər icra başçısı olan qardaşınız Arif Qasımova güvənirdiniz. Onun necə rüsvayçılıqla  vəzifədən uzaqlaşdırılması sizə dərs olmadı ? 
Siz qardaşların mülklərinin siyahısı haqlı sual doğurur: hansı pulla almısınız bu boyda əmlakları, Qasımov qardaşları ? 
Əlbəttə, rüşvətlə. 
Qarşı tərəfin mövqeyini öyrənmək üçün dəfələrlə  telefon əlaqəsi yaratmağa çalışsaq da  cavab verən olmadı  ( +994 12) 374-96-48, (+994 12) 374-96-40 )

Oxşar xəbərlər