Əhəd Abıyev, sən haranısa təmənnasız kiməsə verərsən ?- Böyrək yaman şeydir, yoldaş Abıyev
16-04-2021, 19:41
235

Əhəd Abıyev, sən haranısa təmənnasız kiməsə verərsən ?- Böyrək yaman şeydir, yoldaş Abıyev

Daşkəsənin icra başçısı Əhəd Abıyevlə bağlı  media üzərindən xırda bir gəzişmə nələri ortaya qoymur ? 
Adam inana  bilmir ki, belə savadsız adam Milli Məclisin üzvü olub. Hazırda isə Daşkəsənin icra başçısıdır. 
Bu yazını konkret olaraq  Əhəd Abıyevin öz  sözləri üzərində quracağıq. 
Deməli, bir neçə il əvvəl Azərbaycan vətəndaşı olan bir xanım Dənizkənarı Milli Parkda, Saat qülləsinin yaxınlığında özünü dənizə atıb intihar etmək istəmişdi. 
Xilas edilən xanım hüquq-mühafizə orqanlarına bildirib ki,  keçən il böyrəyini Daşkəsən rayonunun İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qardaşı Səməd Abıyevə satıb, lakin həmin şəxs böyrəyə görə söz verdiyi 50 min dollar pulu ona verməyib.
İndi özünüz təsəvvür edin. İnsan nəinki böyrəyini, heç dırnağını da kiməsə verməz. Deməli, qadın  ehtiyac ucbatından böyrəyini Abıyevin qardaşına satıb. Bəs, Abıyevlər qadının pulunu, əslində qan pulunu niyə verməyib ? 
Axı, qadın sizə  maşın, bahalı mülk satmayıb ee, canının bir parçasını satıb, eyy Abıyevlər. Bəs, siz onun pulunu niyə vermirsiniz ? 
Cənab Əhəd Abıyev ! 
Deyirsiniz, guya Allah qoymasa, ailənizdə namaz qılanlar, oruc tutanlar var. 
Sizin qıldığınız  namaz deyil e... 
Əhəd Abıyev !
Öz açıqlamanda deyirsən ki, qadın böyrəyini qardaşıma TƏMƏNNASIZ verib. 
Adam, sən özünü nə hesab edirsən ? 
Kim böyrəyini sənin kimilərə təmənnasız verər ? Və niyə verməlidir ? 
Əhəd Abıyev!
Sən haranısa kiməsə təmənnasız verərsən ? 
Əhəd Abıyev, deyirsən ki, böyrəyin əvəzində qadına iş verilib. 
Adam, nə iş ? 
Bəlkə zavallı qadına küçə süpürmək kimi iş tapmısınız ? 
Qadın konkret olaraq ona deyilən 50 min pulu istəyir. 
Abıyev deyirsən ki, mən də sevinirəm ki, qardaşımın əməliyyatı uğurla başa çatıb: “ Amma mənim bu məsələyə nə aidiyyatım var ki, adım hallandırılır?”
Abiyev ! Necə yəni mənə nə dəxli var? 
Siz  AİLƏ DEYİLSİNİZ ? Bəs nəsiniz ? 
Adamın qardaşı da, qardaşı oğlu da, onun ailəsi də  VAHİD AİLƏ-dir, yoldaş Abıyev. Bəs sizdə necədir ? 
Abıyev deyirsən ki, o qadını əri boşayıb. 
Ay adam, qadın sizdən pulunu istəyir, onun ərindən boşanmasının məsələyə nə dəxli var ? 
Abıyev deyirsən ki, məhkəməyə müraciət edəcəm, guya sənin fikirlərini  təhrif ediblər. 
Sənə kaseti göndərdilər, qulaq asdın və öz söyüşlərini eşitdin. Sənə dedilər cəsarətin varsa, get ver məhkəməyə. Niyə vermədin? 
P.S. Abıyev, böyrək məsələsi sənin ağrılı yerindir. Böyrək yaman şeydir haa, Əhəd müəllim.

Oxşar xəbərlər