Vəzifəsindən qovulan icra başçısı Arif Qasımovun icraçı qardaşı Vüqar Qasımovun əməlləri...- Görəsən, Ədliyyə Nazirliyinin Baş İcra İdarəsi hara baxır ?
20-04-2021, 18:01
215

Vəzifəsindən qovulan icra başçısı Arif Qasımovun icraçı qardaşı Vüqar Qasımovun əməlləri...- Görəsən, Ədliyyə Nazirliyinin Baş İcra İdarəsi hara baxır ?

Arif Qasımovun qardaşı Vüqar Qasımova bir sual.

Aprel ayında keçirilən ad günündə hansı mövqedə olmusuz?

Gundelik-baku.com-un oxucusu yazır: 

Son  aylar Nizami Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Arif Qasımov barəsində dərc etdiyiniz məqalələri oxuyuram.
Bu yaxınlarda mənə məlum oldu ki, onun doğma qardaşı Vüqar Qasımov  Ədliyyə Nazirliyinin Xətai Rayon İcra Şöbəsinin rəisidir. 
Mən bu şöbənin işi  ilə çoxdan tanışam. Burada mənim nümayəndəlik etdiyim bir sıra məhkəmə qərarları  icra olunub və olunmaqda davam edir. Vüqar Qasımov bu şöbədə gördüyüm üçüncü rəisdi. Amma heç vaxt şöbənin rəhbəri belə birisi olmayıb. Bu adam rəis gələndən sonra şöbə "Vosmoy" bazarının filialına çevrilib. Nə haqq var, nə ədalət, hər şey satılır. 

Mənim qərarım icra olunarkən, cavabdeh Vüqar Qasımovla görüşəndən sonra işim əngələ düşdü: cavabdehin ölkədən qaçmağı üçün şərait yaradıldı, adına olan əmlak tapılmadı, icraçının yanına gedəndə isə o, boynunu büküb uşaq kimi dayanır qarşımda və heç bir sualıma cavab verə bilmirdi. Verə bilmir ona görə ki, o ya rəisini satmalıdı (qorxusundan bunu edə bilməzdi) ya da onun tərəfini saxlayıb məmur özbaşınalığını boynuna almalıdı.
Və mən tək deyiləm. Şöbədə saatlarla rəisi gözləmişəm ki, saat 12-də nahara cıxan adam saat 3-4-də işə qayıdandan sonra 1 saat da otağına keçib yuxusunu alıb dincəlsin. Bu saatlar ərzində şöbəyə çox sayda narazı vətəndaşın gəlib-getdiyinin şahidi olmuşam. Necə ki, qardaşı Arif Qasımov Nizami Bələdiyyəsində işləyən Abbas Rəhimovu sədrdən üstün səlahiyyət sahibi edib, eləcə də Vüqar Qasımov şöbədə mənşəyi bilinməyən vəzifə tutan eyni soyadlı qoçu-xanım Aygün Qasımovanı icraçı məmurlardan üstün vəzifə sahibi edib, vətəndaşlardan pulları onun əli ilə yığır.... icraçı məmurlar isə qərarları icra etmək üçün cavabdehlərin əmlaklarını tapıb həbs qoyurlar, qoçu-xanım da həmin cavabdehləri yanına cağıraraq pulunu alıb həmin əmlakları qanunsuz həbsdən azad edir. Həbsdən azad etmə sənədlərinə də imza atan və ədliyyənin möhürünü vuran şəxs isə məlum məsələdir ki - şöbə rəisi Vüqar Qasımovdur. İnandırıcı deyil ki, şöbənin üst qurumu olan Baş İcra İdarəsinin rəhbərliyi Xətai rayon icra şöbəsində baş verən korrupsiyarüşvətxorluq və nadanlıq hallarından məlumatsız olsun. Əlqərəz... Vüqar Qasımovun qəbulunda dəfələrlə olmuşam. Bir-iki kəlmə danışandan sonra orta məktəb şagirdinə də məlum olur ki, bu adam nəyin ki, işindən, heç primitiv hüquq məsələlərindən belə xəbəri yoxdu. Məlum məsələdir ki, onun belə vəzifəyə sahib çıxması qardaşı Arifin hesabına olub, çünki  belə gülünc "kadr"a hüquqşünaslar sırasında vəzifə verilməzdi. Arif Qasımov barədə oxuduqlarından məlum olmuşdur ki, o son aylar əmlaklarını öz adından  çıxarmaqla məşğuldu. Bununla bağlı deyim ki, Vüqar Qasımovun qəbulunda olarkən o, mənim yanımda uzun bir əmlak siyahısını həmin şöbədə işləyən Aqşin adlı qohumuna (ümumiyyətlə şöbədə məmurlardan çox Vüqar müəllimin özü ilə gətirdikləri qohum və dostları söz sahibidir) ötürərək, təcili müştəri tapmağa tapşırıq vermişdi. Belə başa düşürəm ki, ailəyə məxsus əmlakları təcili addan çıxarıb nümunəvi məmur simasını almaq istəyən Arif Qasımova bu işdə qardaşı Vüqar Qasımov yaxından köməklik göstərir. Vüqar Qasımovun xidməti otağına gəlib və saatlarla orada qalan,  geyimləri ilə gecə klubundan çıxana oxşayan qadınlar barədə mövzu bir başqadı.  Mən və qəbula gələn digər vətəndaşlar onların saatlarla rəisin xidməti otağından çıxmalarını gözləmək məcburiyyətində qalmasaydım, bu mövzuya toxunmazdım. Məncə məmur özbaşınalıqlarının ifşa olunması istiqamətində gördüyünüz bu qəbildən olan jurnalist araşdırmalarınızda Arif Qasımovla yanaşı onun qardaşı Vüqar Qasımovun da fəaliyyətinə diqqət yetirməniz, bu sahədə görülən işlərə öz müsbət töhfəsini verərdi. 
Xatırladim ki, Arif Qasımovun vaxtında Nizami rayonu ərazisində fəaliyyət göstərən sahibkarlardan və qanunsuz fəaliyyət göstərən kazinolardan haqq yığan, qardaşının torpaqlarının və obyektlərinin satışı ilə məşğul olan, iş adamindan 600 min dollar pul alıb hansısa rayonların birinə İcra başçısı vəzifəsinə qoydurmaq vədi verən şəxs  HAMAN bu VÜQAR QASIMOV-dur.

Oxşar xəbərlər